AZ

Prezident daha bir SƏRƏNCAM imzaladı

Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

KONKRET.az sərəncamın mətnini təqdim edir:

“Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 46 (Cild I) birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci–onuncu abzaslar müvafiq olaraq üçüncü–on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi”.

2. Dördüncü abzas ləğv edilsin.

3. Altıncı abzasdan “Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri,” sözləri çıxarılsın.

Seçilən
40
6
konkret.az

7Mənbələr