AZ

“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ – Şkendiya” ( Şimali Makedoniya) matçı keçiriləcək.

Qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq. Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bundan əlavə , illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozonanın yaradılacaq və qonaqlara çay ikram ediləcək. Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.

Seçilən
25
18
publika.az

10Mənbələr