AZ

Prezidentin təltif etdiyi komitə sədri: Bundan sonra daha da çox işləməliyik

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyev Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə komitəsinin sədri Hicran Hüseynovanın I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, eyniadlı dövlət qurumunun keçmiş rəhbəri sabah 70 yaşını qeyd edir.

Modern.az bu münasibətlə komitə sədri ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Hicran Hüseynova bildirib ki, təltif edildiyinə görə çox böyük qürur hissi keçirir:

“Böyük etimaddır. Çox böyük qürur hissi keçirirəm. Mən cənab Prezidentə minnətdaram. Həmişə bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Bu mənim üçün böyük bir şərəfdir.  Bu ilk növbədə böyük etimaddır və deməkdir ki, bundan sonra daha da çox işləməliyik”.

Komitə sədri doğum günü ilə bağlı da danışıb. “Mən adətən öz ad günlərimi təntənə ilə qeyd etmirəm. Ən yaxın adamlarla, yaxın qohumlarımla, uşaqlarım və nəvələrimlə ad günümü qeyd edirəm. Bu, mənim üçün ən böyük xoşbəxtlikdir”,-o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
modern.az

2Mənbələr