AZ

“İmişli” futbol komandası Avropa Klublar Assosiasiyasına üzv olub

Bakı, 12 avqust, AZƏRTAC

“İmişli” futbol komandası Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu addımın komanda üçün yalnız yeni mərhələ deyil, həm də beynəlxalq səviyyədə böyük məsuliyyət olduğu bildirilib.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdır.

Seçilən
91
azertag.az

1Mənbələr