Bakı. Trend:
Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinəyönləndirilməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ciil tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyimformalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarınaəsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biritətbiq edilir.
Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin PedaqojiŞurası bununla bağlı müvafiq qərar qəbul edib.
Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyinvə yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsilalacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər.
Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsiüçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədlişəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinəmüvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları iləbağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerlibölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər.