Azercell yeni nəsil rəqəmsal imza texnologiyası olan “SİMA İmza”-nı tətbiq etməklə müştəri xidmətlərini daha da sadələşdirir.
Mia.az-ın məlumatına görə, bu çərçivədə Müştəri Xidmətləri mərkəzlərində və satış məntəqələrində yeni nömrələrin aktivləşdirilməsi zamanı müqavilələr artıq kağız daşıyıcıda deyil, elektron formatda tərtib ediləcək. Müştərilər isə sənədləri “SİMA İmza” tətbiqi vasitəsilə asan və etibarlı şəkildə imzalaya biləcəklər.