AZ

Kallas Aİ və ABŞ ı transatlantik birliyə çağırır

Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kallas Aİ və ABŞ-ı "transatlantik birliyə" çağırır

Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündən sonra Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Ukraynaya dəstək verməyə və Rusiyaya təzyiqləri davam etdirməyə çağırıb. Onun sözlərinə görə, bu, “Rusiyanın Avropaya qarşı gələcək təcavüzü” təhlükəsinin qarşısını alacaq.

“Transatlantik birlik, Ukraynaya dəstək və Rusiyaya təzyiq – biz bu müharibəni belə başa vuracağıq”, – Kaja Kallas X sosial şəbəkəsində yazıb.

Avqustun 11-də Avropa İttifaqının xarici işlər nazirləri videokonfrans vasitəsilə fövqəladə iclas keçiriblər. ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin avqustun 15-də Alyaskada görüşməyi planlaşdırdıqları məlum olandan az sonra təşkil olunub. Aİ liderləri Amerika prezidenti ilə rusiyalı həmkarı ilə danışıqlardan əvvəl aparacaqları telefon əlaqəsini müzakirə ediblər.

Əziz MUSTAFA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
49
10
oxumeni.az

10Mənbələr