AZ

Şabrandakı yanğına görə 2 nəfər tutuldu - FOTO 

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Modern.az xəbər verir ki, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və  Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər  iki şəxs məsuliyyətə cəlb olunub.

1455076

Seçilən
12
34
modern.az

10Mənbələr