Tatarıstan Respublikası sənaye obyektlərinə iri pilotsuz təyyarə hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
“Bu gün Tatarıstan Respublikası düşmən PUA-larının kütləvi hücumuna məruz qalıb. Hücum nəticəsində tələfat və xəsarət alan olmayıb”, - məlumatda deyilir.
“Bütün müəssisələr normal işləyir. Moskva vaxtı ilə saat 09:20-dən 10:15-dək respublika ərazisində 9 pilotsuz uçuş aparatı vurulub”, - Müdafiə Nazirliyi aydınlıq gətirib.