"Vaşinqton sazişi Rusiyanın iflasıdır" — Duqin
“Rus dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqin Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sazişi şərh edərək bu hadisəni “Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflası” adlandırıb.
Demokrat.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Rusiya regiondakı nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri qəbul edib böyük dövlət statusunu bərpa etmək vaxtıdır”, - deyə Duqin bildirib.
Onun sözlərinə görə, bu sənəd Rusiyanın gücsüzlüyünə işarədir:
“Bu saziş bizim gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanını belə nəzarətdə saxlaya bilmirik. Əgər burada bizə hörmət etmirlərsə, dünya səhnəsində kim bizimlə hesablaşacaq? Bu, sadəcə məğlubiyyət deyil, bu, hər bir rus üçün şillədir.