AZ

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində inşa edilən mənzillərin sayı məlum olub

Ağdam. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinəBöyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Ağdamşəhərinədə 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq.

Bunu Trend-əaçıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Xidmət rəsmisi qeyd edib ki, həmin məhəllələrdə tikinti işləridavam edir:

"Ötən ilin may ayının 2-də Prezident İlham Əliyev və Birincixanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayışməhəlləsinin təməli qoyulub. Hazırda 2- ci yaşayış məhəlləsi üzrə11 kvartalda tikinti işləri davam edir. 2-ci yaşayış məhəlləsində11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir.

Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Buməhəllədə 1268 mənzil olacaq. Bu məhəllədəki binalarda 114 ədəd 1otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı, 154 ədəd 4 otaqlımənzillər olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geriqayıdışı bu ilin sonuna kimi reallaşacaq".

Məqalədə:
Seçilən
8
1
az.trend.az

2Mənbələr