AZ

Azərbaycan millisi Monteneqro seçməsi ilə yoxlama görüşü keçirəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro seçməsi ilə yoxlama oyununda üz-üzə gələcək.
 
Moderator.az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 12-16 avqust tarixlərində Bakıda, 17-22 avqust tarixlərində isə Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq.
 
U-17-nin hazırlıq proqramı çərçivəsində avqustun 19-da və 21-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılır.
Seçilən
31
2
moderator.az

3Mənbələr