AZ

Türkiyədə hotellər bu xidmətdən imtina edir: Turistlər narazı qalacaq

Türkiyə hakimiyyəti yerli mehmanxanalarda bufeti ləğv etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Bildirilib ki, bufet xarici turistlər üçün istirahət yeri seçərkən əsas üstünlüklərdən biridir. Qərara səbəb isə qida israfına qarşı mübarizə olub. Türkiyə Prezident Administrasiyasının Kənd Təsərrüfatı və Ərzaq Siyasəti Şurasının müvafiq hesabatı yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

Sənədin nəzərdən keçirilməsinin nəticəsi hotellərdə hər şey daxil sisteminin insanın yeyə biləcəyi qədər yemək sifariş etdiyi alakart formatı ilə əvəz edilməsi ola bilər.

Türkiyəyə ən çox turist gələn ölkələr siyahısında Rusiya Federasiyası ilk yerlərdədir. Rusiya mətbuatı yazır ki, bu qərara görə Türkiyə hotelləri əsas üstünlüyünü itirə bilər. Həmçinin turistlər də qərardan narazı qalacaqlar.

Seçilən
150
publika.az

1Mənbələr