AZ

Azərbaycan əhalisi geyim və ayaqqabıya bu il 4,4 milyard manatdan çox pul xərcləyib

2025-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 463,8 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-iyul ayına nisbətən 4,6% çoxdur.

Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 12,7% faizi bu məhsul qrupunun alınmasına sərf olunub.

Təkcə iyul ayı ərzində əhali 678,2 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar alıb.

Seçilən
64
50
fed.az

10Mənbələr