AZ

Türkiyənin Çanaqqala bölgəsində güclü meşə yanğını gedir

Türkiyənin Çanaqqala bölgəsində güclü meşə yanğını baş verib.

Bildirilir ki, güclü külək və quru istilər yanğının kənd təsərrüfatı torpaqlarından meşələrə keçməsinə səbəb olub.

Çanaqqalada meşə yanğınına qarşı havadan və qurudan yanğınların söndürülməsi amansızlıqla davam edir.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı Bolu Mudurnu, Çanaqqala Ayvacık və İzmir Dikili yanğınlarının tamamilə söndürüldüyünü, Çanaqqala Mərkəzi və Dardanos yanğınlarının isə böyük ölçüdə nəzarət altına alındığını açıqlayıb.

Çanaqqala valisi Ömər Toraman da, “Elektrik kəsilməsi səbəbindən içməli su nasoslarının işləmədiyi Kumkale və ətraf kəndlərə su maşınları vasitəsilə içməli su veriləcək. İl Xüsusi İdarə qruplarımız buna cavab verir” dedi.

Seçilən
8
veteninfo.az

1Mənbələr