Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb.
"Zərbələr nəticəsində Danimarka, Kolumbiya, ABŞ, Tayvan və digər ölkələrdən olan 10-ə yaxın muzdlu döyüşçü həlak olub”, - məlumatda bildirilib.
Mənbənin məlumatına görə, zərbələr əcnəbi döyüşçülərin nahar etdikləri zaman endirilib.
"Bu, indiyə qədər gördüyüm ən dəhşətli partlayış idi”, - Floridadan olan muzdlu döyüşçülərdən biri nəşrə açıqlamasında deyib.
Döyüşçü ən azı 15 nəfərin öldüyünü, 100-ə yaxın yaralananın olduğunu bildirib.