Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 101,6 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 6,8 % çoxdur.
Ötən 6 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Marqarita pizza
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.
Telegram kanalımız