Pekin Hindistanda 14-cü Dalay Lama ilə görüşən Çexiya prezidenti Petr Pavellə əlaqəni kəsmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, bu açıqlama ilə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian çıxış edib.
Onun sözlərinə görə, Pavel bu görüşlə Çin hökuməti qarşısında götürdüyü siyasi öhdəlikləri ciddi şəkildə pozub, ölkənin suverenliyinə və ərazi bütövlüyünə zərbə vurub.
"Pavelin hədsiz və təxribatçı hərəkətlərinə cavab olaraq Çin onunla bütün qarşılıqlı əlaqəni dayandırmaq qərarına gəlib", - deyə, Jian deyib.