AZ

Milli Kitabxana Beynəlxalq Gənclər Günü münasibətilə virtual sərgini istifadəçilərə təqdim edib

Bakı, 12 avqust, AZƏRTAC

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Milli Kitabxanada bu münasibətlə “12 avqust - Beynəlxalq Gənclər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan materiallar və kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_gencler_gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd edilir.

Seçilən
51
1
azertag.az

5Mənbələr