Bakı. Trend:
Naxçıvan şəhərinin küçələrində yaxın vaxtlarda sakit, ekolojitəmiz və ağıllı avtobuslar hərəkət edəcək.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilibki, muxtar respublikada nəqliyyat sisteminin təhlükəsizliyininartırılması, atmosferə atılan tullantıların azaldılması və ekolojimühitin yaxşılaşdırılması məqsədilə şəhərə 60 ədəd elektrikmühərrikli avtobus gətiriləcək.
Avtobuslar ilkin olaraq sınaq müddətində yoxlanıldıqdan sonraşəhərin ictimai nəqliyyat marşrutlarında istifadəyə veriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart2025-ci il tarixli sərəncamına əsasən, Naxçıvan şəhərindəsərnişindaşımaların yalnız elektrik mühərrikli avtobuslarla həyatakeçirilməsi, enerji doldurma avadanlıqlarının quraşdırılması,həmçinin bu avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi məqsədilədepo (qaraj) infrastrukturunun təkmilləşdirilməsi nəzərdə tutulur.Bu məqsədlə, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsiçərçivəsində Prezidentin müvafiq fərmanına uyğun olaraq “Baku Bus”MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb.
Hazırda görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinin tabeliyində olan “Naxçıvan AvtomobilNəqliyyatı Agentliyi” PHŞ-nin balansındakı əmlak kompleksinin birhissəsi qanunvericiliyə uyğun olaraq “Baku Bus” MMC-ninistifadəsinə verilib.
“Azerbaijan Energy Automotive Factory” MMC ilə bağlanılmışmüqaviləyə əsasən, yeni gətiriləcək BYD markalı elektrikavtobusları 8,7 metr uzunluğa, 226 kVt gücündə batareyaya malikdirvə tam enerji ilə 240 kilometr məsafə qət edə bilir.
Layihə çərçivəsində qaraj ərazisində avtobusların enerjitəchizatını təmin etmək məqsədilə 6 MVA gücündə 35/0,4 kV-luqtransformator məntəqəsi inşa olunacaq. Bundan əlavə, qarajdaxilində 13 ədəd (onlardan 10-u bu il alınacaq avtobuslar, 3-ü isəgələcəkdə alınacaq avtobuslar üçün nəzərdə tutulub) 320 kVt-lıqsürətli enerji doldurma cihazı quraşdırılacaq. Marşrut xətlərininson dayanacaqlarında isə əlavə 4 ədəd analoji cihaz quraşdırılmasıplanlaşdırılır. Beləliklə, ümumilikdə 17 ədəd 320 kVt-lıq sürətlienerji doldurma cihazı istifadəyə veriləcək.
Layihənin cari ilin sonunadək tam başa çatdırılmasıplanlaşdırılır.