Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub.
Yenisabah.az xəbər verir ki, bu, iyun ayının göstəricisi ilə müqayisədə 1 min barel azdır.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına əsasən, birinci rüblə müqayisədə də (467 min barel) azalma var. Pepperoni pizza
“OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan bu ilin iyul ayında "OPEC+" çərçivəsində kvotadan 89 min barel geridə qalıb.
Telegram kanalımız