12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC -nin 3 miyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja.az xəbər verir ki, "KREDİT EVİ" ASC istiqraz yerləşdirməklə 3 milyon manat borclanmağı nəzərdə tutur. İstiqrazların sayı 3000 ədəd, hər birinin qiyməti 1000 manat, illik gəlirlilik dərəcəsi 17%-dir. Tədavül müddəti 5 il təşkil edir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "KREDİT EVİ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003021493
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı: 3000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 3 000 000 manat
İllik gəlirlilik faizi: 17%
Ödəmə Periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3 (üç) iş günündən gec olmayaraq ödənilir
Tədavül müddəti: 5 il
Ticarətə buraxılma tarixi: 19.08.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC