AZ

Madonna Papaya səsləndi: Çox gec olmadan oraya gedin

Amerikalı müğənni Madonna katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leonu Qəzzaya səfər etməyə çağırıb.

Publika.az xəbər verir ki, Madonna bu barədə sosial media hesabında paylaşım edib.

"Gec olmadan Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünyadakı uşaqlar hamımızındır. Hamı əziyyət çəkir. Mənim yeganə məqsədim bu uşaqların acından ölməsinin qarşısını almaqdır", - deyə müğənni yazıb.

Madonna heç kimi günahlandırmadığını və tərəf tutmadığını qeyd edib. Həmçinin, kömək etmək istəyənləri ABŞ-da fəaliyyət göstərən “World Central Kitchen”-nə (WCK) və İsrailin “Women Wage Peace” adlı qeyri-hökumət təşkilatına ianə verməyə dəvət edib.

Seçilən
41
publika.az

1Mənbələr