AZ

Azərbaycanda qanunsuz reklamlara dair baxılan müraciətlərin sayı 25 % artıb

Bu ilin I yarısında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə əlaqədar 80 müraciətə baxıb.

“Report” bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25 % çoxdur.

Hesabat dövründə baxılıan müraciətlərin 37-si xidmət, 15-i ticarət, 8-i qeyri-qida, 4-ü ictimai iaşə, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i qida, 1-i tütün məmulatları, 12-si isə digər sahələrə aid olub.

Seçilən
33
12
report.az

10Mənbələr