AZ

Aİ: Ukrayna danışıqları yalnız atəşkəs fonunda aparılmalıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqına üzv 27 ölkədən 26-sı (Macarıstan istisna olmaqla) ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukraynada münaqişənin həlli üzrə danışıqların yalnız atəşkəs və ya döyüşlərin intensivliyinin azalması şəraitində aparılmalı olduğunu bəyan edib.

Açıqlamada qeyd olunur ki, "məzmunlu danışıqlar yalnız atəşkəs və ya döyüşlərin azalması kontekstində baş tuta bilər". Bu fikir daha əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas tərəfindən Rusiya-ABŞ sammiti ərəfəsində səsləndirilmişdi.

Sənədin sonunda kiçik qeyd formasında bildirilir ki, "Macarıstan bu bəyanata qoşulmur". Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə mövqeyini izah edərək yazıb: "Aİ-nin kənarda qalması kifayət qədər üzücüdür. Bundan da pis olan, kənardan göstərişlər verməyə başlamaqdır. Bu isə prosesi daha da çətinləşdirə bilər".

Bəyanatın qalan hissəsində ABŞ prezidentinin sülh təşəbbüsləri alqışlanır, Ukraynanın ərazi bütövlüyünə hörmətlə ədalətli sülh çağırışı edilir, Rusiyaya qarşı təzyiqlərin artırılacağı, Kiyevə hərbi və maliyyə dəstəyinin genişləndiriləcəyi vurğulanır. Sənəddə həmçinin qeyd olunur ki, "Ukraynada sülh yolu Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
20
olaylar.az

10Mənbələr