Bu ilin yanvar-iyul aylarında heyvan hücumu nəticəsində 27 min 476 nəfər xəsarət alıb.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Xəsarət alanlardan 69,8 %-ni (19 176 nəfər) it qapıb. 40-a yaxın şəxs isə çaqqal hücumu nəticəsində yaralanıb. pizza mizza
Zərərçəkənlərin hamısına quduzluq əleyhinə peyvənd vurularaq tibbi nəzarətə götürülüb. Cari ilin eyni dövründə insanlar arasında quduzluq xəstəliyi qeydə alınmayıb.
Xatırladaq ki, sonuncu dəfə avqustun 10-da Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edərək 3 nəfəri dişləyib.
Telegram kanalımız