AZ

Həkimdən xəbərdarlıq: 6 aya kimi bu dərmanları uşağa vermək olmaz! - FOTO

"Uşağınız üçün hərarət salıcı seçərkən “ibuprofen” tərkibli olanı seçməyin!"

Ölkə.Az xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib.  O bildirib ki, “parasetamol” əksgöstəriş olanlar istisnadır:

“Bu haqda dəfələrlə deyirəm. Yenə də görürəm ki, uşaq qızdıran kimi hər şey unudulur. Ən güclü dərman axtaran kim, həm sirop verib, həm şam qoyan kim.

Şəkildə gördüyünüz preparatlar ibuprofen tərkiblidir. 6 aya kimi olmaz.

Niyə 6 aya kimi “ibuprofen” olmaz, “parasetamol” isə olar? İş orasındadır ki, hər iki preparat hərarət sala bilsə də, eyni dərman qrupuna aid deyillər. “İbuprofen” iltihab əleyhinə qeyri-steroid preparatdır, təsir dairəsi daha genişdir. Məsələn, sinir iltihabında, oynaq iltihabında “ibuprofen” müalicə məqsədilə təyin edilir, “parasetamol” isə yox. Çünki bu zaman “parasetamol” bir işə yaramır. “İbuprofen” isə yaranmış iltihabı durduraraq ağrını, ödemi, hərarəti aradan qaldırır”.

Həkim “ibuprofen”in faydalı mikrobları da öldürdüyünü söyləyib: 

“İbuprofen” molekulu patoloji iltihabı durdurduğu kimi fizioloji iltihabı da durdurur. Tam da antibiotikin seçici olmayan təsiri kimi. Yəni biz antibiotik veririk ki, boğazdakı mikrobu öldürsün, o isə eyni vaxtda bağırsaqdakı yaxşı mikrobları da öldürüb disbakterioz yaradır və immuniteti zəiflədir. Eləcə də fizioloji iltihab bizə yaxşı mikroblar kimi lazımdır. Bədənimizdə həmişə fizioloji iltihab prosesləri var və bu proseslər sona qədər getməyib yarı yolda durdurulanda sistemlər pozulur.  Eynilə kompüterdə çoxsaylı açıq qalmış pəncərələr olanda baş verən donma kimi.

Bundan başqa, “ibuprofen” astma tətikləyici maddədir. Allergik reaksiyalara daha tez səbəb olur. “Diklofenak” kimi qeyri-steroid iltihaba qarşı preparat olduğu üçün mədə-bağırsaq sistemində qanama, xoraya səbəb ola bilər. Bütün bu saydıqlarımdan sonra "axı "ibuprofen" qızdırmanı tez salır " fikrini görmək istəməzdim”, - deyə həkim əlavə edib.

Billurə Yunus

Seçilən
31
3
olke.az

2Mənbələr