AZ

Suriya ordusu ilə kürd silahlıları toqquşdu Ölən var

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Ötən gecə Hələbin şərqindəki Tel-Maaz bölgəsində Suriya ordusu ilə kürd silahlı birləşmələri arasında şiddətli toqquşmalar baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Suriya Demokratik Qüvvələri silahlılarının kürdlərin mövqelərini yarmaq cəhdi döyüşə səbəb olub və nəticədə bir hərbçi həlak olub.

Vəziyyətin gərginləşməsi, Menbiç və Deyr-Hafir bölgələrində ordunun mövqelərinin mütəmadi olaraq atəşə tutulması, həmçinin Leramon qovşağında Hələbə gedən yolların bağlanması ilə əlaqələndirilir.

"Kürd qüvvələri bu cür addımlarla Suriya hökuməti ilə əvvəl əldə olunmuş razılaşmalara tamamilə məhəl qoymur”, - deyə nazirlikdən bildirilib.

Lalə,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
www.bakupost.az

1Mənbələr