AZ

Mahmudçalada balıqların kütləvi ölümünə səbəb nədir?

Biləsuvar rayonunda yerləşən Mahmudçala Ovçuluq Təsərrüfatında balıqların kütləvi tələfatı qeydə alınıb.

Buna səbəb Salyan-Muğan ötürücü kollektoru qarşısında yerləşən bəndin açılması olub.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Belə ki, kollektorun suyunun Xəzər dənizinə axıdılması bərpa olunub.

"Nəticədə Mahmudçala ovçuluq təsərrüfatı ilə kollektor arasında su səviyyəsində yaranan fərqə görə kollektor istiqamətinə suyun geri axını baş verir. Bu proses zamanı su ilə birlikdə bəzi balıqların da kollektor istiqamətində hərəkət etməsi və qismən tələf olması halları müşahidə edilə bilər", - məlumatda vurğulanıb.

Seçilən
119
15
olke.az

10Mənbələr