ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkiyədə rəsmi səfərdədir.
Modern.az xəbər verir ki, bu barədə Kavelaşvili öz feysbuk hesabında paylaşım edib.
Prezident qeyd edib ki, bu, onun Türkiyəyə ilk rəsmi səfəridir.
Səfər çərçivəsində Gürcüstan lideri ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş gözlənilir.
Xatırladaq ki, M.Kavelaşvili 2024-cü ilin dekabrından Gürcüstan prezidentidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.