AZ

Mərkəzi Bank "Tiko Azərbaycan" və "Greentek Group"a icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 elektron pul təşkilatına - "Tiko Azərbaycan" və "Greentek Group" MMC-lərə icrası məcburi olan göstəriş verib.

Bu barədə “APA-Economics” AMB -yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq "Tiko Azərbaycan" MMC-yə və "Greentek Group" MMC-yə icrası məcburi olan göstəriş verilib.

Seçilən
36
14
apa.az

10Mənbələr