Şimali Karolina (ABŞ) sakini bir ay ərzində iki dəfə cekpot qazanaraq, ümumilikdə 2,25 milyon dollar əldə edib.
Bizim.Media xəbər verir ki, Uillou-Spring şəhərindən olan Cennifer Klyaynendorst iyun ayında ani lotereyasında 250 min dollar udmuşdur.
Bir ay sonra onun şansı yenidən gətirib - iki milyon dollar məbləğində mükafat qazanıb.
Cennifer 20 il ərzində aylıq 100 min dollar hissə-hissə ödəniş ala bilsə də, birdəfəlik ödəniş seçib və bir anda 1,2 milyon dollar götürüb.
Azərbaycanda da oxşar hadisə
Qeyd edək ki, oxşar uğur hekayəsi Azərbaycanda da yaşanıb. Xaçmaz şəhər sakini Kamran Məmmədsəidov iki dəfə cekpot qazanaraq ölkə lotereya tarixində ən böyük uduşun sahibi olub.
Kamran Məmmədsəidovu milyonçu edən isə ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru olan "Azərlotereya"nın “4+4” və “Super Keno” tirajlı lotereya biletləri olub.
O, 2023-cü ilin fevralında “4+4” tirajlı lotereyasından 913 072 manatlıq tarixi cekpotu qazanıb.
Cəmi iki ay sonra 2023-cü ilin mayında isə “Super Keno” lotereyasında 100 000 manat udub.
Beləliklə, Kamran Məmmədsəidovun ümumi uduş məbləği 1 milyon manatı keçib.
Bizim.Media