AZ

Kürdəmirdə “Ford Transit” daşla dolu yük maşınına çırpıldı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kürdəmir rayonu, Sığırlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük maşını, “KamAZ” markalı yük avtomobiliylə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükan arxasında yuxulaması olub. Nəticədə sükanı buraxan sürücü maşını daşla dolu yük avtomobilinə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr