2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, 6-11 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 2407 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Ümumilikdə isə müsabiqə üzrə 3 958 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.