Dünya Taekvondo Federasiyasının rəhbəri Çunqvon Çov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə doqquzuncu dan qara kəməri təqdim edib.
Heftelik.az-ın Qazaxıstan mediasına istinadən verdiyi məlumata görə, Kasım-Jomart Tokayev kəməri aldıqdan sonra bir zərbə ilə taxta lövhəni sındırıb.
Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, Prezident məşq lövhəsində öz imzasını qoyub, sonra Çunqvon Çovun xahişi ilə taekvondo ənənələrinə uyğun olaraq lövhəni sındırıb.
Doqquzuncu dan qara kəmər taekvondoda ən yüksək dərəcədir.
Tokayev və Çov arasında görüş Astanada G1 kateqoriyası üzrə Qazaxıstan Açıq 2025 beynəlxalq turniri başlamazdan əvvəl baş tutub.