AZ

Bu il açıq ərazilərdə on mindən çox yanğın faktı qeydə alınıb

Bakı.Trend:

Respublikada cari ilin yanvar ayının 1-dən bugünədək açıqərazilərdə on mindən çox yanğın faktı qeydə alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə HallarNazirliyindən məlumat verilib.

"Açıq sahələrdə yanğın hadisələrinin qarşısının alınmasıməqsədilə FHN tərəfindən kütləvi maarifləndirmə işlərinə, çoxsaylıçağırışlara, görülən inzibati tədbirlərə baxmayaraq, təəssüflə qeydedilməlidir ki, sözügedən qrupa aid olan yanğın hadisələri bəzivətəndaşların odla ehtiyatsızlıq, qəsdən yandırma, siqaretçəkilməsi zamanı ətrafdakı yanğın təhlükəsizliyi vəziyyətinindüzgün qiymətləndirilməməsi səbəbindən baş verib.

O cümlədən, ərazilərdə iməcilik adı altında tullantılarınyandırılması, məişət tullantılarının yandırılması, hərəkətiştirakçıları tərəfindən avtomobildən siqaret kötüyününsöndürülməmiş halda ətrafa atılması, texniki cəhətdən nasazavtomobillərlə açıq sahələrə daxil olunması səbəblərindən dəyanğınlar baş verib.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşları yanğıntəhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırırıq!”, -nazirlikdən bildirilib.

Seçilən
6
2
az.trend.az

3Mənbələr