Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O bildirib ki, keçirilən bütün görüşlər Azərbaycanın sülhdən tərəf olduğunu sübut edir:
“Müharibədən sonra da heç vaxt qələbəmizdən sui-istifadə etmədik. Yenə də çalışdıq ki, məsələlər sülh yolu ilə həll olunsun. Vaşinqtonda imzalanan bəyanat da bu mövqeyimizin göstəricisidir. Açıq şəkildə bildirdik ki, heç bir revanşist meylimiz yoxdur. Bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmasını, iqtisadi rifahın gəlməsini istəyirik. Azərbaycan dəfələrlə bəyan edib ki, gələcəkdə gənclərimizin şəhid olmasını istəmirik. Həm öz, həm də Ermənistan tərəfinin cavan əsgərlərinin ölməsini istəmirik. İstəyirik ki, əməkdaşlıq mühiti yaransın, sərhədlər açılsın, Zəngəzur dəhlizi reallaşsın, Ermənistanla kommunikasiya qurulsun. Eyni zamanda bəzi qüvvələrin Ermənistan-Azərbaycan sülhünə qarşı çıxmağa çalışdığı da faktdır. Paşinyan özü də dəfələrlə bildirib ki, Ermənistan hökumətinin razılığı olmadan Azərbaycana qarşı təxribatlar olub”.
Politoloq qeyd edib ki, bəzən Ermənistan daxilində belə vahid mövqe yoxdur:
“Rusiya məsələsinə gəldikdə isə, Azərbaycanla bağlı artan aqressiyanın şahidiyik. Azərbaycanın təyyarəsinin vurulması, kompensasiyanın ödənilməməsi, araşdırmaların aparılmaması və Rusiya ərazisində Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani davranışlar, təhdidlər, təhqirlər bu siyasətin bir parçasıdır. Amma Azərbaycan Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib, iqtisadi əməkdaşlığı davam etdirib, strateji münasibətləri saxlamağa çalışıb. Buna baxmayaraq, Rusiyanın Azərbaycana qarşı tutduğu bu mövqe ədalətsizdir. Azərbaycan müstəqil dövlətdir və öz dövlət maraqları çərçivəsində hərəkət edir. Rusiya da nə qədər tez bu aqressiyanı dayandırsa və əməkdaşlıq yoluna qayıtsa, bu həm Azərbaycan, həm Rusiya, həm də region üçün xeyirli olacaq”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
demokrat.azDeputat AYNA-nı sərt tənqid etdi: "Cərimələrin çoxluğu insanları bezdirib" ( 20458908)
-
azpost.infoİçərişəhər qala divarları parkinqə çevrilib?- FOTO ( 20437356)
-
demokrat.azModel Səmradan çağırış: "Bu sənətə maliyyə dəstəyi ayrılmalıdır" ( 20411133)
-
idman.biz20 yaşlı məğlubiyyətsiz MMA döyüşçümüz: "Konor Makqreqorla eyni xarakterə sahibik" - MÜSAHİBƏ ( 20348325)
-
avtosfer.azAYNA:"Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir ( 20276718)
-
demokrat.az"Müharibədən sonra da heç vaxt qələbəmizdən sui-istifadə etmədik" — ŞƏRH ( 20276439)
-
aznews.azAYNA: "Qırmızı Körpü” gömrük postunda 300 avtomobil gözləyir" ( 20275992)
-
sia.az"Əgər bir milyon dollarınız olsa, ilk nə edərsiniz?" -SORĞU ( 20271021)
-
demokrat.azHəftəsonu istirahəti niyə bahalaşır? — Turizm eksperti AÇIQLADI ( 20265534)
-
sia.az"Hər valideyn istəyir ki, övladını yaxşı böyütsün" - MÜNASİBƏT BİLDİRİLDİ ( 20137929)