BAKI, 12 avqust. TELEQRAF
NATO ölkələri Rusiya sualtı qayıqlarını axtarmaq üçün "NHIdustries NH90" çoxməqsədli helikopterindən istifadə edir.
Teleqraf xəbər verir ki, bu barədə "Business Insider" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, "NH90" dəniz şəraitində fəaliyyət göstərmək üçün hazırlanıb. 1990-cı illərin ortalarından bəri bu helikopterlərdən 500-dən çox istehsal olunub.