Gürcüstan Prezidenti Mixeil Kavelşvili Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı üçtərəfli formatın uğurlu əməkdaşlıq nümunəsi olduğunu bildirib.
Operativ Media xəbər verir ki, o, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Kavelşvili vurğulayıb ki, bu model ölkələrin necə səmərəli əməkdaşlıq qura biləcəyinə dair mühüm örnəkdir.