AZ

Rusiyalı nazirə yeni səlahiyyət - MDB-də bu vəzifəni icra edəcək

BAKI, 12 avqust. TELEQRAF

Belarusun daxili işlər naziri İvan Kubrakov Müstəqil Dövlətlər Birliyi (MDB) üzv dövlətlərinin Daxili İşlər Nazirləri Şurasının sədr səlahiyyətini Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə verib.

Teleqraf xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sankt-Peterburqda MDB ölkələrinin daxili işlər nazirlərinin iclası keçirilib. Kolokoltsev Şura adından həmkarına sədrliyi dövründə Minskin səmərəli fəaliyyətinə, hüquq-mühafizə orqanları arasında dövlətlərarası əməkdaşlığın inkişafındakı xidmətlərinə və şəxsi töhfəsinə görə təşəkkür edib, ona MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Şurasının fəxri nişanını təqdim edib.

Qeyd olunub ki, iclasın gündəliyinə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın prioritet məsələləri, cinayətkarlıqla mübarizə sahəsində dövlətlərarası proqramların həyata keçirilməsi, qeyri-qanuni miqrasiya problemləri, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizə, yol hərəkəti təhlükəsizliyi və şəxsi mobillik vasitələrinin istifadəsinin tənzimlənməsi daxil olub.

Seçilən
6
1
teleqraf.com

2Mənbələr