Bakı. Trend:
Fransada davam edən anomal istilər dəmir yolu nəqliyyatındaçətinliklər yaradıb.
Trend xəbərverir ki, Fransa Dəmir Yolları Şirkəti növbəti iki gün ərzindəəyalətlərdən paytaxt Parisə gələn qatarların işləməyəcəyiniaçıqlayıb.
Bu addımın həmin qatarların soyutma sistemində yarana biləcəknasazlıqların qarşısını almaq məqsədilə atıldığı bildirilib.
Bu qərar sərnişinlər arasında narazılığa səbəb olub. “CGTCheminot-Auvergne-Nivernais” həmkarlar ittifaqı xəbərdarlıq edibki, yüzlərlə sərnişin platformalarda gözləməyə məcbur olacaq. Bununməsuliyyəti isə Fransa Dəmir Yolları Şirkətinin üzərindədir.
Xatırladaq ki, bu şirkət ötən həftə də Fransada bir sıraqatarların hərəkətini müvəqqəti dayandırmışdı.