ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Magistratura dərəcəsi ali təhsili tamamlamaq imkanı əldə etmək və sektorda elmi işlərlə bağlı adımızdan bəhs etdirmək deməkdir".
Təhsil eksperti Kamran Əsədov bunu 525.az-a deyib. Onun sözlərinə görə, əslində çoxları magistratura təhsilini boş sayır:
"Amma onlar unudurlar ki, iş yerlərinin əksəriyyətində vəzifə və maaş artımı üçün ali təhsil önəmli rol oynayır. Hətta ölkəmizdə elə iş vakansiyaları var ki, şərtlərində ali təhsil kriteriyası belə mövcuddur. Düzdür, magistr təhsili almaq şərt deyil, amma gələcək üçün vacibdir. Hətta bakalavrda yarımçıq öyrəndiklərimizi magistr təhsili zamanı möhkəmləndirmək şansı əldə edirik. Bundan əlavə magistr təhsili zamanı bir neçə fəlsəfə üzrə elmlər doktoru üzrə dərəcəsi olan müəllimlərdən dərs alırıq və dünyada inkişafın əsası olan elmi fəaliyyət üçün onlardan çox şey öyrənirik”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.