Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna və Rusiya arasında mümkün razılaşmadan sonra ölkənin gələcək sərhədləri üzrə dörd əsas ssenari mövcuddur.
KONKRET.az The Times nəşrinə istinadən yazır ki, birinci ssenari cəbhə xəttinin dondurulmasıdır – bu halda hərbi mövqelər mövcud sərhədlərdə sabitləşəcək və ərazilərdə əlavə dəyişiklik olmayacaq. İkinci ssenariyə görə, bütün Donbas Rusiyaya verilir və Donetsklə Luqansk vilayətlərinin tam nəzarəti Rusiya Federasiyasına keçir.
Üçüncü variant genişləndirilmiş ərazi güzəştləridir – bu halda Putin Ukraynadan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin tam şəkildə verilməsini tələb edəcək. Nəhayət, dördüncü, az ehtimallı hesab edilən ssenari isə ərazilərin dəyişdirilməsidir: Rusiya bütün Donbası alır, əvəzində Ukrayna Xerson vilayətinin tam nəzarətini geri qaytarır.
Natiq Səlim,
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.