AZ

Ərdoğan: “Azərbaycan və Gürcüstanla birlikdə regional təhlükəsizliyə töhfə veririk”

“Biz Azərbaycan və Gürcüstanla qurduğumuz üçtərəfli mexanizmlər vasitəsilə regional sülhə və əməkdaşlığa, xüsusilə də xarici siyasət və təhlükəsizlik sahəsində öz töhfəmizi veririk”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, tezliklə Türkiyədə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünü keçirməyi planlaşdırırlar.

Türkiyə lideri Azərbaycan-Türkiyə-Gürcüstan arasında üçtərəfli mexanizmin regional proseslərdə mühüm rol oynayacağını diqqətə çatdırıb.

Bizim.Media

Seçilən
24
5
bizim.media

6Mənbələr