Bakı.Trend:
Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk MədəniyyətiAssosiasiyası Lyublyana şəhərində keçirilən “Yay məktəbi” layihəsiçərçivəsində uşaqlar üçün xüsusi gün təşkil edib. AzərbaycanRespublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi iləkeçirilən tədbir Sloveniya ictimaiyyətində və mətbuatında böyükmaraq doğurub.
Komitədən Trend-ə bildirilib ki, yerli mətbuatda uşaqlar üçünxüsusi proqram hazırlandığı, musiqili animatorun iştirakı iləmüxtəlif oyunların təşkil edildiyi, həmçinin iştirakçılarahədiyyələr və Azərbaycan haqqında məlumat vərəqələrinin verildiyiyazılıb. Dram, rəqs və musiqi qruplarının formalaşdırıldığı,uşaqlara idman, əl işləri və digər tematik fəaliyyət sahələri üzrəseçim imkanı yaradıldığı bildirilib. Eyni zamanda, uşaqlarınkomandalar üzrə müxtəlif oyunlara qatıldığı, ünsiyyət bacarıqlarınıinkişaf etdirdiyi vurğulanıb. Təqdim olunan sehrbaz şousunun böyükmaraqla qarşılandığı və bu tədbirin yerli media orqanlarında genişşəkildə işıqlandırıldığı diqqətə çatdırılıb.
Layihənin mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi vəuşaqların sosial bacarıqlarının gücləndirilməsi baxımındanəhəmiyyəti ifadə olunub.