“Qəbələ”nin yeni transferi Salihu Nasiru Nigeriyanın 20 yaşadək futbolçulardan ibarət yığma komandasına (U-20) dəvət alıb.
Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışında iştirak edəcək. Nigeriya millisi sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.
Xatırladaq ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.
Salihu Nasiru ötən gün “Qəbələ” ilə 3 illik müqaviləyə imza atıb. O, son olaraq Nigeriya Premyer Liqasında mübarizə aparan “Kanemi Uorriorz” klubunun formasını geyinib.