Ajans.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, danışıq Ermənistan tərəfinin təşəbbüsü əsasında baş tutub. Tərəflər avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişini müzakirə ediblər. M.Boçorivşili erməni həmkarını tarixi razılaşma münasibətilə təbrik edib. Qeyd olunub ki, saziş Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək. XİN başçısı Gürcüstan tərəfinin regional əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Söhbət zamanı Gürcüstan və Ermənistan arasında ikitərəfli əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.