Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və gürcüstanlı həmkarı Mixail Kavelaşvili Ankarada görüşüblər.
Bakues.az xəbər verir ki, tərəflər müdafiə sənayesi və hərbi sahədə əməkdaşlığı müzakirə edib və ikitərəfli ticarəti ildə 3 milyard dollardan 5 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Ərdoğanın sözlərinə görə, Gürcüstanda 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir və Türkiyənin bu ölkəyə birbaşa investisiyaları 2,5 milyard dollara yaxınlaşır.
“Ciddi potensial olan müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıq məsələləri gündəmimizdə əsas məsələlərdən biri idi. Gürcüstanın ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləmək istəyirəm”, – Ərdoğan Türkiyəyə ilk səfərini edən Kavelaşvili ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.