AZ

Dərslərin sentyabrın 1 dən başlaması mümkündür İlqar Orucov

525.az saytına istinadən ain.az xəbər verir.

"Dərslər sentyabrın 1-də başlasa, daha yaxşı olar. Mən özüm də bir neçə ildir ki, bu təklifi irəli sürür, belə bir qərarın qəbul olunmasının vacib olduğunu deyirəm. Düşünürəm ki, məhz dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır. Bu təbii ki, Elm və Təhsil Nazirliyinin verəcəyi qərardan asılı deyil. Bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır".

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov  bunu 525.az-a söyləyib. O vurğulayıb ki, bu gün müxtəlif ölkələrdəki təcrübələrə nəzər salsaq, görərik ki, fərqli ölkələrdə tətillərə fərqli zaman ayırıblar. Amma Azərbaycandakı qədər yay tətilinə zaman ayrılması çox az sayda ölkədə təsadüf edilir:

"Nümunə olaraq deyə bilərəm ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl məktəblərdə dərslər avqustun 15-dən başlayır. Təbii ki, onlar kondisioner sistemi ilə təchiz olunub, bu ayrı bir mövzudur. Yəni demək istəyirəm ki, bu, mümkündür. Əlbəttə, demirəm ki, məktəblər avqustdan açılsın. Lakin dərslərin sentyabrın 1-dən başlaması mümkündür. Eyni zamanda tətillərin bu qədər uzun müddət olması şagirdlərin də dərslərdən uzaqlaşmasına səbəb olur. Məktəblər açılandan sonra təxminən bir həftə ərzində şagirdlər dərslərə adaptasiya olur”.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
525.az

1Mənbələr