AZ

Ən yaxşı məktəb evinizin yanındakı məktəbdir”

ain.az, 525.az portalına istinadən məlumat verir.

"Valideynlər yaşadıqları ünvana ən yaxın yerləşən məktəbələrə üstünlük verməlidirlər. Ən yaxşı məktəb evinizin yanındakı məktəbdir: “Piyada gedilə biləcək maksimum yaxın ərazidə yerləşən məktəb ən yaxşı təhsil ocağıdır. Ümumiyyətlə, ibtidai sinifdə məktəb yox, yaxşı müəllim axtarmaq lazımdır. Çünki dərsi sizin övladınıza keçən məktəb deyil, müəllimdir. Ola bilər ki, həmin məktəbin qəbul imtahanı nəticələri yaxşıdır. Amma o nəticələr məktəbin müəllimlərinin hesabına deyil, repetitor, fərdi hazırlıqlar, kurslar hesabına ola bilər".

Təhsil Eksperti Kamran Əsədov bunu 525.az-a bildirib. Onun dediyinə görə, tədqiqatlar göstərir ki, ayaqla ən qısa məsafədə valideynlər övladlarını məktəbə aparanda o məktəbdə uşaqlar daha uğurlu ola bilirlər. Məsələn, şərti olaraq Xətai rayonunda yaşayan şəxs övladını Səbail rayonunda yerləşən hər hansı bir məktəbə apardıqda uşaq daha erkən saatlarda yuxudan oyana və günün ən azı 1 saatını yolda tıxaclarda keçirəcək:

"Bu zaman o yolda çox ciddi şəkildə darıxa, stress, əsəb keçirə bilər. Bu da onun hətta ən yaxşı məktəbdə belə təhsil almasına baxmayaraq yekunda heç bir nəticə əldə etməməsinə gətirib çıxara bilər. Ona görə də mən birmənalı şəkildə valideynlərə tövsiyə edirəm ki, ən yaxşı məktəb evinizin yanındakı məktəbdir”.

Sevinc Qarayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr